Ukrayna cəbhə xəttində fəaliyyətini artırır və Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməklə Rusiya qoşunlarına daha çox itki verir.
Turkustan.az xəbər verir ki, xüsusilə, may ayının nəticələrinə görə, Ukraynanın xeyrinə hərbi əməliyyatların dinamikasında müsbət dəyişikliklər baş verib.
Bu barədə Prezident Vladimir Zelenski “Telegram” da videomüraciəti zamanı bildirib .
“Bu ay dinamikanı bizim xeyrimizə, Ukraynanın xeyrinə dəyişdi: mövqelərimizi daha çox qoruyuruq, daha çox ziyan vururuq. Rusiyaya qarşı uzunmüddətli sanksiyalarımızın təsiri xüsusilə əhəmiyyətlidir”, - deyə, dövlət başçısı vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az