Rusiyanın Ukraynadan iki dəfə çox briqada və alayı var, cəbhə xətti isə artıq 1200 kilometrdən çox uzanır ki, bu da genişlənmə təhlükəsi yaradır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Military” nəşrinə verdiyi müsahibədə bildirib .
"Şimalda əməliyyatlar mümkündür. Bu, realdır, biz Rusiya Baş Qərargahının hazırda əməliyyatları aktiv şəkildə hesabladığını və planlaşdırdığını bilirik", - deyə o qeyd edib.
Aytən Yaşar/ Turkustan.az