ABŞ-dən Hörmüz açıqlaması: 4 gəmi zərərsizləşdirildi


ABŞ Mərkəzi Komandanlığının açıqlamasına görə, bu günə qədər Hörmüz boğazında 88 ticarət gəmisinin marşrutu dəyişdirilib və dörd gəmi zərərsizləşdirilib.

Turkustan.az xəbər verir ki,ABŞ- da yerləşən X şirkətinin sosial media hesabında dərc edilən açıqlamada , CENTCOM, İranla atəşkəsdən sonra blokada qərarı verildiyi 13 apreldən bəri Hörmüz boğazından neft və digər kommersiya malları daşıyan gəmilərə tətbiq edilən maneələrlə bağlı yenilənmiş məlumatları paylaşıb .

Bəyanatda deyilir: "Mərkəzi Komandanlıq qüvvələri tam uyğunluğu təmin etmək üçün 88 ticarət gəmisinin (Hörmüz boğazına doğru gedən) marşrutunu dəyişdirib və 4 gəmini zərərsizləşdirib".

Bəyanatda həmçinin dünən Hörmüz boğazının şərqində Ərəb dənizindən keçən USS Abraham Linkoln (CVN 72) təyyarədaşıyan gəmisinin göyərtəsində keşik çəkən ABŞ əsgərinin fotosu da yer alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ