Azərbaycan əhalisinin sayı artıb


Azərbaycanda əhalinin sayı artıb. Ölkə əhalisi ilin əvvəlindən 5814 nəfər çoxalıb.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2026-cı il aprel ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 10268 165 nəfərə çatıb.

Qeyd olunub ki, Prezidentin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2026-cı il tarixinədək işğaldan azad edilmiş ərazilərə 33270 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 84370 nəfər təşkil edib.

Statistikaya əsasən, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri təşkil edir.

Əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.

Cari ilin aprel ayının əvvəlinə əhalinin 23 faizi Bakı şəhərinin payına düşüb.

Əhalinin 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran iqtisadi rayonlarında yaşayır.

Məlumata görə, əhalinin 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.

Şirvan-Salyan iqtisadi rayonunda əhalinin 4,9 faizi, Dağlıq Şirvanda 3,2 faizi, Şərqi Zəngəzurda isə 3 faizi yaşayır.

Naxçıvan Muxtar Respublikasının payı isə ümumi əhalinin 4,6 faizini təşkil edib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ