İranın Hörmüz boğazı yaxınlığındakı Qeşm adasında partlayış səslərinin eşidildiyi bildirilir.
Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Qeşm adasında partlayış səsi eşidilib.
Partlayış səsləri yerli sakinlər arasında narahatlığa səbəb olub.
Yarırəsmi Tasnim Xəbər Agentliyi səslərin partlamamış hərbi sursatların atılması nəticəsində yarandığını bildirib
Aytən Yaşar/ Turkustan.az