Son zamanlar Kuba ilə bağlı açıqlamaları ilə gündəmə gələn, hətta onu "qısa müddətdə hökuməti ələ keçirəcəkləri" bir yer kimi təsvir edən ABŞ prezidenti Trampın Kubaya qarşı hərbi əməliyyat variantını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Tramp administrasiyasının Kubaya qarşı iqtisadi və diplomatik təzyiqlərin uğursuz olması səbəbindən hərbi əməliyyat variantını əvvəlkindən daha ciddi şəkildə nəzərdən keçirdiyi irəli sürülüb.
“Politico”ya danışan mənbələr ABŞ-Kuba münasibətləri və Tramp administrasiyasının Kubaya münasibətindəki dəyişikliklə bağlı iddialar irəli sürüblər.
ABŞ-ın Kubaya qarşı neft embarqosu kimi təzyiq taktikalarının nəticəsizliyindən məyus olduğunu bildirən mənbələr, hərbi əməliyyat variantının əvvəlkindən daha ciddi şəkildə nəzərdən keçirildiyini göstərir.
Aytən Yaşar/ Turkustan.az