NATO qırıcıları Estoniya səmasında dronu vurdu


Estoniya hava məkanına daxil olan pilotsuz uçuş aparatının NATO-ya məxsus qırıcı təyyarə tərəfindən vurulduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, NATO da hadisəni təsdiqləyib.

NATO sözçüsü Allison Hart Anadolu Agentliyinə yazılı açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir və NATO Estoniya hakimiyyəti ilə sıx əlaqədə fəaliyyət göstərir.

Hart qeyd edib ki, NATO-nun Baltik Hava Polisi missiyası çərçivəsində Litvada yerləşdirilən Rumıniyaya məxsus F-16 qırıcıları Estoniya hava məkanında pilotsuz uçuş aparatını vurub.

O əlavə edib: “NATO öz ərazilərini qorumağa və potensial hava təhdidlərinə qarşı vətəndaşlarının təhlükəsizliyini təmin etməyə gecə-gündüz hazır və qadirdir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ