Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Üst Tunc dövrü və erkən sinifli cəmiyyət mərhələsinin Təbəddülat və Təkamül dövrü Avrasiya materikiunin Ala-Tau/Altay dağları, Bəygöl/Baykal gölü, Abu-Su/Ob və Yeni-Su/Yenisey çayları, Sabir/Sibir yaylası...hövzələrini əhatə etməklə əski Türkdilli qövmlərin milli-mənəvi, sakral-mədəni, iqtisadi-təsərrüfat...irsinin geniş coğrafi məkanlar boyunca yayılmasına səbəb olmuş, e.ə. IV-III minilliklərdə dünyanın sahəcə bu ən böyük Quru hissəsini bütünlüklə əhatə etmişdir.
Minilliklər ərzində Türkdilli Ailə birliklərinin “Böyük köçü” hətta 12-14 min il əvvəl Yeni Dünyanın Batı qurşağını da əhatə etmiş, ucqar şimal-şərqdəki ensiz (14 km-lik) quru bərzəx keçidi vasitəsi ilə...və iki böyük Ümman arasındsa hələ də elmi-nəzəri baxımdan tam tədqiq edilməmiş, gərəkli dəyərini almamış qədim Mədəniyyət mərkəzlərinin/mərhələlərinin yaranmasına səbəb olmuşdur.
Türkdilli xalqların tarixi-coğrafi salnaməsinin milli-mənəvi, mədəni-dini...mənsubluğunu sübut edən amillər sırasında toponimlər xüsusi yer tutur. Yer adlarının elmi-nəzəri mənşəyi, etimoloji mənası ilk növbədə həmin təbii-coğrafi şəraitlə bağlı Milli Dil Ailəsinin şifahi və yazılı nitq mədəniyyəti timsalında səciyyələndirilir. Əski filoloji dialektlərin ifadəsi və mənsub olduğu Xalqın coğrafi informasiya bazasının zənginliyi timsalında ifadə olunur, həm də yayılma arealının sərhədləri ilə hüdudlanır, təbii ki, qədim Təkamül mərhələləri dövrünü əhatə etməklə, sonrakı tarixi dövrlərə, bəşəri Mədəniyyət mərhələlərinə də təsirsiz ötüşməyir...Avrasiya qurusunun əski Türkdilli xalqlarında olduğu kimi...
Yerləşdiyi təbii-coğrafi ərazinin relyef-landşaft şəraitinin mürəkkəbliyi, minilliklər dövru siyasi-hərbi, ictimai-iqtisadi ilişgilərin kəsişdiyi, geniş miqyas kəsb etməsi, etnomilli-demoqrafik amillərin üstünlük təşkil etməsi...Türkdilli xalqların erkən dövlət quruculuğu, ilkin təşəkkül və inkişaf xüsusiyyətləri ilə müşayət olunmuş, qədim mədəniyyət mərhələlərinin ilkinliyini XXI əsrədək qoruyub saxlamış, milli-mənəvi dəyərlər toplusu ilə şaxələnən Türk qövmünün kökənliyinə sübut Təbəddülat izləri Müqəddəs, Mistik, Sakral dəyərlərin İlahi Gücü hesabına nə Yer üzündən, nə də İlkin Ocaqlarından silinmişdir.
Hun-Quz-Uyğur...xalqlarının əcdadları məskunlaşan belə ocaqlardan Abu-Su/Ob çayı hövzəsindəki Gün Ay və Qara Sak Təkamül və Təbəddülat mərkəzlərinin şifahi tarixi 20-50 min illik dövrü, arxeoloji tədqiqat nümunələrinin yaşı isə 10-12 min illik zaman kəsimini əhatə edir. Arxeoloji-etnoqrafik tədqiqatlar məqsədi ilə (Peterburq İmperator EA-nın sifarişi əsasında) ilk dəfə bu yerlərə 1845-ci ildə Hun əsilli tədqiqatçı M.A.Kastren (1813-1852, “...1845-1849-cu illərdə Sibir torpaqlarına səytahət” əsəri, 1860) gəlmiş, xeyli müddət hövzə boyunca kökənli xalqlarla ünsiyyət yaratmış, onların dillərini-gələnəklərini öyrənmiş, zəngin, qiymətli tarixi-coğrafi nəzəri nəticələr əldə etmiş və elmi arayışı ilə sübut etmişdir ki, əski Türkdilli qəbilə-tayfa Birliklərinin bu yerləri dünyanın qədim Mədəniyyət Mərkəzlərindən biri olmuşdur. O, Abu-Su/Ob çayının sağ sahilində yerləşən Sər Qurd yaşayış məntəqəsinin (indiki Surqut şəhəri, gerbində və bayrağında Qurd təsvir olunur) qalasından paslı silah qalıqları, ocaq yerləri aşkar etmişdir. Yerli xalqların dilində bu şəhər Sarxanlı adlanır.
Son Tunc dövrü Gün Ay və Qara Sak Təkamül mərhələləri e.ə.II minilliyin sonu-I minilliyin ortalarınadək dövrü və Ala-Tau/Altay dağlarından Qara dəniz, Yamal yarımadasınadək, ümumilikdə, Abu-Su/Ob çayı hövzəsini cənubdan şimaladək uzanan hissəsini əhatə edir, burada yaşayan əski Hun-Uyğur-Sak etnobirliklərin (Hunların, Minsuların, Bəyaz Qurdların/Ketlərin, Sakların/Yaqutların...) qədim tarixi-coğrafi-filoloji irsinə, dini-sakral təməl dəyərlərinin (Şamançılığın) salnamə nümunəsidir. Arxeoloji-maddi irsinin (müxtəlif mənşəli əmək, məişət, bəzək əşyaları, yaşayış və mərasim yerləri, müdafiə vasitələri...) zənginliyi ilə fərqlənir. Milli-mənəvi ruhun, fəlsəfi-mistik inamın və dini-sakral dəyərlərin uca tutulmasına örnək olacaq Şaman ocaqlarının Sandıqları Ala-Tau/Altay dağlarında tapılmışdır.
Erkən Dəmir dövrü (e.ə.VIII-III əsrlər) Sabir/Sibir mədəniyyəti meşə qurşağını, Abu-Su/Ob çayının yuxarı axarlarını (Bəy çayından Tom çayınadək) Bəyaz Qurdların/Ketlərin şəhər-meşə təsərrüfatı sistemini əhatə etmiş, sonralar çayın sağ sahilində Sər Qurd/Surqut şəhərinin (həm də, bölgənin mədəniyyət mərkəzinin) yaranmasına səbəb olmuşdur. Sabir/Sibir bğlgəsində Türk dünyasının ilk şəhər-meşə mədəniyyəti ocaqlarından biri olan Abu-Su/Ob çayı yatağı boyunca, Sər Qurd şəhəri yaxınlığında olmaqla e.ə. VI-III əsrlərdə yaradılmışdır. Çay yatağının terraslarında və meşə landşaftı örtüyündə salınmış qədim şəhər ocaqları (terras boyu 53-79 m) meşə sahəsinin 118 m uzunluğunu, 65-98 m enini əhatə edir (yaşayış evləri, açıq ocaqlar, 6-12 m və 11-15 m dərinlikli yuvalar, dini mərasimlər üçün nəzərdə tutulan xüsusi uca yerlər..).
II minilliyin sonu-I minilliyin əvvəllərinə aid tarixi-mədəniyyət abidələri sırasında Abu-Su/Ob çayının orta axarlarında, çayın sağ sahili boyunca 8,5 km uzanan hündürlüyü 30 m-ə çatan Basaran dağı ilə bağlı Bəyaz Qurdların/Ketlərin, Hun-Uyğur...etnoqovmlərinin əfsanə və rəvayətləri, dini inanc və mistik-fəlsəfi düşüncələri günümüzə qədər saxlanılmaqdadır.
Gün Ay mədəniyyəti mərhələsinin Daş dövrü məzarlıqları (7 min il tarixli), artefaklar, dini-sakral mərasim yerləri (IV-XVI əsrlərə aid), XVIII-XIX əsrlərin etnoqrafik mədəniyyət abidələri...tapılmış Basaran dağı Sər Qurd/Surqut şəhərinin qərbində, 7,5 km-dədir. Əski Türkdilli xalqlarının bu qiymətli tarixi-arxeoloji tapıntıları Peterburq şəhər Ermitajında, Yekaterinburq, Perm, Tomsk şəhərlərinin, Qərbi Avropa ölkələrinin muzeylərində nümayiş etdirilir.
Basaran dağının tədqiqi ruslar tərəfindən ilk dəfə 1889-cu ildə Təbil/Tobol qubernatoru, arxeoloq-səyyah İ.Y.Slovtsovun (1844-1907, “Təbil vilayətində kurqanların və şəhərlərin yayılmasına dair materiallar” əsəri, 1889) təşəbbüsü ilə həyata keçirilib.
Rus təqdidatşılarından siyasi sürgün V.F.Kazakov (1859-1903, 1888-ci ildə Basaran qalasından tapdığı nümunələri-naxışlı sümük qılıncı, dəmir qalxanı, bürünc qabı...Perm şəhər Muzeyinə təhvil vermişdir, nəticələri barədə t.e.n. A.P. Zıkov (1961) “Bars dağı: Obyanı ərazilərdə Surqut arxeoloji oçerklər” məqaləsi, “Ural fəhləsi” nəşriyyatı, 2012, səh.11-33), B.M.Jitkovun (1872-1943, MDU-nun professoru) elmi işləri,Y.P.Çemyakinin (1949, “Daş və Tunc dövrləri kəsimində qədim mədəniyyətlərin yaranması və qarşılıqlı əlaqəsi” (1989) əsəri), t.e.d, dosent S.F.Koşkarovun (1961) “Tunc dövründə Qərbi Sibirin şimal əhalisinin mədəniyyəti” mövzusundakı elmi-tədqiqaq işi ...Sabir/Sibir hövzəsinin bu hissələrində, Təbil/Tobol və İrtış çayları boyunca arxeoloji-etnoqrafik materiallar əsasında yazılmış, kökənli xalqların milli-mədəni tarixinə dair elmi məlumatları əks etdirmişlər.
Maddi-mənəvi keçmişi dünya sivilizasiyasının ən qədim səhifələrini yaratmış Türk coğrafiyasının hər bir guşəsinin milli-mənəvi irsi minilliklərdir ki, zənginliyini əsirgəməmiş, əksinə yenilənməklə Türk-Müsəlman xalqlarının keçmişinə işıq saçmaqdadır.
R.S. Rus işğalçıları bu əraziləri qəsb etməklə həm də Türkdilli xalqların tarixi-mədəni irsinin bütövlüyünü parçalamaqla ayrı-ayrı sayca az etnosların timsalında bu zənginliyi əritməyə çalışmış, əski Türkdilli toponimləri etimoloji məna baxımından yanlış izahını əsaslandırmağa, uydurma mülahizələrin təsdiqinə çalışmışlar. Gün Ay mədəniyyətini-“Qulay”, Qara Sak mədəniyyətini-“Sarqat”, Basaran dağını-“Bars dağı”, Basaran çayını-“Barsovka”, Bəy çayı-“Biya”, Təbil çayı-“Tobol”...adlanır.
R.S.S. 2010-cu ildə “Hun-Uyğur xalqlarının 7 möcüzəsi” mövzusunda internet-müsabiqə keçirilmiş, “Təbiət” bölümü üzrə sorğuda Basaran dağı ilk yeri tutmuşdur. 1973-cü ilədək bu dağda qədim Hunların soydaşları Şamançılıq mistik-fəlsəfi dini mərasimlərini keçirmişlər.
(ardı var)