Almaniyada 2 nəfər rus casusu həbs edildi


Almaniya və Rusiya vətəndaşlığı olan iki nəfərin Almaniyada xarici məxfi xidmət agenti olduqları səbəbilə həbs edildiyi bildirilib.

Turkustan.az xəbər verir ki, Federal Prokurorluğun verdiyi açıqlamaya görə, Diter S. və Aleksandr J. Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən qurulan "Donetsk Xalq Respublikası (PRD) təşkilatına üzvlük" və onların Ukrayna ilə əlaqəsi səbəbi ilə həbs ediliblər.

Daha əvvəl barələrində həbs qətimkan tədbiri seçilən və dünən nəzarətə alınan iki şübhəli hakim qarşısına çıxarılaraq həbs edilib.

Bundan əlavə, Bayvera Dövlət Kriminal Polis İdarəsi şübhəlilərin yaşayış və iş yerlərində axtarış aparıb.

Şübhəlilər məxfi xidmət agentləri olmaqla yanaşı, terror təşkilatına üzv olmaq, partlayıcı maddələr hazırlamaq, təxribat məqsədilə casusluq fəaliyyətləri, hərbi obyektlərin təhlükəsizliyini təhdid edən fəaliyyətlər kimi müxtəlif hərəkətlərdə ittiham olunurlar.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ