ABŞ tarixində ilk müsəlman senator seçildiyi bildirilən Misir əsilli Əbdül əl-Səyid vəzifəsinin icrasına başlayarkən Qurana and içəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Demokrat Partiyasının nümayəndəsi Səyid Milli İctimai Radioda (NPR) yayımlanan proqramda qonaq olarkən 3 noyabr ara seçkilərindən sonrakı siyasi vəziyyət və qarşıdakı fəaliyyət planları barədə danışıb.
Senatorluq andı ilə bağlı fikirlərini bölüşən Səyid Qurana and içəcəyini bildirib:
“Qurana and içəcəyəm. Tomas Ceffersonun Quran nüsxəsi var idi. Kit Ellison Konqresdə and içərkən həmin Qurandan istifadə etmişdi. Həmçinin Quranın ilk nüsxəsinin Miçiqan Universitetində olduğu bildirilir. Bu, çox qədim nüsxədir və mənim üçün üstünlük verilən seçim ola bilər”.
Aytən Yaşar/Turkustan.az