Mask izləyicisinin sözünü yerə salmadı: “Mənim üçün şərəf olardı”


Tesla şirkətinin baş direktoru və SpaceX-in təsisçisi İlon Mask Nvidia şirkətinin rəhbəri Jensen Huangı işə götürməyin onun üçün “şərəf” olacağını bildirib.

Turkustan.az xəbər verir ki, Mask ABŞ-da fəaliyyət göstərən X sosial şəbəkəsində bu məsələ ilə bağlı paylaşım edən istifadəçinin müraciətinə cavab verib.

“İlon, xahiş edirəm, Jenseni işə götür”, – deyə, istifadəçi yazıb. Mask isə cavabında “Bu, mənim üçün şərəf olardı”, – ifadəsini işlədib.

Maskın paylaşımı mediada Nvidia şirkətinin direktorlar şurasının Jensen Huangı vəzifəsindən uzaqlaşdırmağı nəzərdən keçirdiyi barədə xəbərlərin yayılmasından sonra diqqət çəkib.

Huang son günlər Çin casusu ilə əlaqələrinin olduğu iddiaları ilə də gündəmə gəlib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ