Yaponiyanın Kioto prefekturasında yerləşən toyuq fermasında yüksək yoluxucu quş qripi virusu aşkarlanıb.
Turkustan.az xəbər verir ki, Kioto prefektura hökumətinin məlumatına görə, Kameoka şəhərindəki fermada çoxsaylı toyuqların şübhəli şəkildə tələf olmasından sonra aparılan analizlər nəticəsində H5 variantlı quş qripi virusu müəyyən edilib.
Yaponiyada bu mövsüm ilk dəfə qeydə alınan epidemiya ilə əlaqədar fermadakı 200 min toyuğun məhv edilməsi qərara alınıb.
Karantinə alınan fermanın ətrafında 10 kilom
uq və yumurta daşınması dayandırılıb.
Aytən Yaşar/Turkustan.az