"Elitar həyatın çətinlikləri": Paşinyan İrlandiyadan elə video paylaşdı ki... - VİDEO


Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün səfər etdiyi İrlandiyanın paytaxtı Dublindən video paylaşıb.

Turkustan.az xəbər verir ki, baş nazir sosial şəbəkə hesabında videonu "Elitar" həyatın "çətinlikləri" başlığı ilə paylaşıb.

O, İrlandiyadakı hotel otaqlarından birində ayaqqabılarını geyinməyə çalışdığını göstərərək, erməni dilində şikayətlənib:

“Mən indi, bilmirəm niyə, dabankeş yoxdur, belə əziyyət çəkərək geyinirik”.

Erməni sosial şəbəkə istifadəçiləri və müxalifət dairələri ölkənin ağır sosial-iqtisadi problemləri, sərhəd gərginlikləri və dərin böhranlar fonunda baş nazirin beynəlxalq səviyyəli nüfuzlu tədbirdən belə məişət xarakterli və qeyri-ciddi görüntülər paylaşmasını qəzəblə qarşılayıblar.

İzləyicilər bunu cəmiyyətin real problemlərindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndiriblər.

/Musavat.com


MANŞET XƏBƏRLƏRİ