Generalın qızı haqda mühüm gəlişmə: yeni ittihamlar irəli sürüldü


500 min manatdan artıq dələduzluqda təqsirləndirilən, general-mayor Natiq Əliyevin qızı Türkər Əliyevaya əlavə maddələrlə də ittiham elan olunub.

Turkustan.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Prokurorluğunda ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yanaşı daha iki maddə ilə də ittiham elan olunub.

Məlumata görə, T.Əliyevaya qarşı, həmçinin Cinayət Məcəlləsinin 32.4-cü (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etməklə cinayətdə iştirakçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

***13:58

General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt şəhər Məhkəməsinə gətirilib.

Turkustan.az Axar.az-a istinadən bildirir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb.

Yaxın dəqiqələr də Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


MANŞET XƏBƏRLƏRİ