Vaşinqtonda Ağ Evin yaxınlığında atışma: Yaralılar var


ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdən piyada məsafəsində yerləşən Logan Circle məhəlləsində idman zalında atışma baş verib.

Turkustan.az xəbər verir ki, hadisə nəticəsində dörd nəfər güllə yarası alıb. Hadisə yerinə çoxsaylı təhlükəsizlik qüvvələri cəlb olunub.

Rəsmilərin məlumatına görə, hücum edən şəxs idman zalının daxilində özünü barrikadaya alıb. Polis ərazini mühasirəyə alıb, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları isə əməliyyata dəstək vermək üçün hadisə yerinə göndərilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı bəzi məktəblərə giriş-çıxış məhdudlaşdırılıb.

Hadisə ilə bağlı əməliyyat davam edir. Səlahiyyətlilər əlaqə saxladıqları şəxsin kimliyini müəyyən etdiklərini bildiriblər.

Müxtəlif federal qurumların əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərinə cəlb olunub. Milli Park Polisi və ABŞ Məxfi Xidmətinin agentləri də ətraf ərazidə asayişin qorunmasına kömək edirlər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ