Yaponiya ABŞ qüvvələrinə ayırdığı maliyyə dəstəyini artırır


Yaponiya ölkədə yerləşən ABŞ qüvvələrinə (USFJ) illik maliyyə töhfəsini 300 milyard yenə (təxminən 95 milyard türk lirəsi) çatdırmağı planlaşdırır.

Turkustan.az xəbər verir ki, “Asahi” qəzetinin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, Tokio 2027-ci ildə ABŞ qüvvələrinin saxlanılması üçün illik ödənişini təxminən 211 milyard yen artırmağı nəzərdə tutur.

Yeni beşillik müqaviləyə əsasən, Yaponiya ABŞ qüvvələrinin fəaliyyətinə illik töhfəsini 300 milyard yenə çatdırmağı planlaşdırır.

Hər iki ölkənin xarici işlər və müdafiə nazirliklərinin rəsmiləri arasında aparılan danışıqların 2026-cı ilin sonunadək yekunlaşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması gözlənilir.

Hazırkı müqavilənin müddəti 2026-cı maliyyə ilinin sonunda, yəni 2027-ci ilin martında başa çatır.

Yaponiyanın milli mediası daha əvvəl ABŞ-ın yeni müqavilə çərçivəsində Tokioya illik maliyyə töhfəsini hazırkı səviyyə ilə müqayisədə üç dəfə artırmağı və beş il ərzində ümumilikdə 3 trilyon yen (təxminən 945 milyard türk lirəsi) dəstək göstərməyi təklif etdiyini yazmışdı.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ