Qırğızıstanın cənubunda seçkilər ərəfəsində qırğızlarla özbəklər arasında millətlərarası münaqişə yaratmağa cəhd edilə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov noyabrın 12-də yayımlanan müraciətində bildirib.
“Özbəklərlə qırğızlar arasında münaqişə yaratmaq üçün insanların hissləri ilə oynayan və onların milli qüruruna toxunan yalan şayiələr yaymaq kifayətdir”, – deyə o qeyd edib.
Japarov vətəndaşları təxribatlara uymamağa və yoxlanılmamış məlumatları yaymamağa çağırıb. O, 1990 və 2010-cu illərdə baş vermiş faciəli hadisələri də xatırladıb.
Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin edilib./Bizim.Media