Rusiyada partlayış: Əsgər həlak oldu


Rusiyanın Sankt-Peterburq şəhərində avtomobildə baş verən partlayış nəticəsində bir əsgər həlak olub.

Turkustan.az xəbər verir ki, hadisə şəhərin Puşkinski rayonunda qeydə alınıb.

Rusiya İstintaq Komitəsi partlayışla bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Qeyd edək ki, avqustun sonunda da həmin rayonda avtomobildə partlayış baş vermişdi. Həmin hadisə nəticəsində bir əsgər həyatını itirmiş, onun həyat yoldaşı isə yaralanmışdı.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ