Çin ABŞ mediasında “Nvidia” şirkətinin təsisçisi və baş direktoru Jensen Huangın Pekin üçün kəşfiyyat məlumatları topladığı iddia edilən çinli iş adamı Alis Huangla əlaqələrinə dair yayılan məlumatları təkzib edib.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun Pekində keçirdiyi mətbuat konfransında bu iddialarla bağlı sualı cavablandırıb.
Çinlə əlaqəli casusluq iddialarını əsassız adlandıran sözçü bildirib: “Bu, Çinə qarşı qarayaxma kampaniyasından başqa bir şey deyil”.
“New York Times” qəzetinin oktyabrın 29-da dərc etdiyi materialda iddia olunub ki, “Nvidia” şirkətinin rəhbəri Jensen Huangla yaxın əlaqələri olduğu bildirilən çinli iş adamı Alis Huang Pekinə kəşfiyyat məlumatları ötürüb.
Adı açıqlanmayan mənbələrə istinadən yayılan xəbərdə Alis Huangın “Nvidia” çiplərinin Çinə yönləndirilməsində də iştirak etmiş ola biləcəyi qeyd olunub.
Aytən Yaşar/Turkustan.az