Kremldə Putin, Uitkoff və Kuşner arasında görüş başlayıb


Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner arasında danışıqlar başlayıb.

Turkustan.az xəbər verir ki, görüş zamanı Putin Uitkoff və Kuşnerdən Rusiya və Ukrayna arasında təmasların təşkilinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü çatdırmağı xahiş edib.

Görüş noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən iki günlük danışıqlardan sonra baş tutur.

Tərəflərin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələlərini, o cümlədən Kiyev və Avropalı tərəfdaşlarla koordinasiya çərçivəsində hazırlanmış təklifləri müzakirə edəcəyi gözlənilir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ