Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir: 150 qurum hədəfdə


Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı hücumları ilə əlaqədar Moskvaya iqtisadi təzyiqi artırmağa hazırlaşır.

Turkustan.az xəbər verir ki, Fransanın Avropa işləri üzrə naziri Benjamin Haddad Rusiyaya qarşı yeni sanksiyalar paketinin bazar ertəsi təsdiqlənəcəyini açıqlayıb.

Fransanın LCI televiziyasına müsahibəsində nazir bildirib ki, yeni məhdudiyyətlər çərçivəsində daha 150 hüquqi şəxs və 50 bank sanksiya siyahısına daxil ediləcək.

“Bazar ertəsi Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcəyik. Sanksiyalara əlavə 150 qurum və 50 bank daxil ediləcək. Fransa qurumların əksəriyyətinin siyahıya salınmasını təklif edib. Rusiyaya iqtisadi təzyiqi davam etdirəcək və Ukraynanı dəstəkləyəcəyik”, – deyə Haddad bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ