ŞOK İDDİA: Tramp və Netanyahu arasında sərt telefon danışığı olub


ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İrana qarşı mümkün yeni hücumlarla bağlı telefon danışığının gərgin keçdiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, iki lider həftəsonu baş tutan telefon danışığı zamanı İran məsələsini müzakirə edib və aralarında ciddi fikir ayrılıqları yaranıb.

“Yedioth Ahronoth” qəzetinin yazdığına görə, söhbətdən xəbərdar olan mənbələr telefon danışığını qeyri-adi dərəcədə sərt və gərgin kimi xarakterizə ediblər. İddialara əsasən, Tramp və Netanyahu müzakirə zamanı bir-birinə qışqırıblar.

Məlumatda telefon danışığının Vaşinqton və Tel-Əviv arasında İranla bağlı mövqelərdəki fikir ayrılıqlarını daha da dərinləşdirdiyi bildirilir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ