Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidməti noyabrın 13-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.

Turkustan.az xəbər verir ki, xəbərdarlığa əsasən, paytaxtda və Abşeron yarımadasında, eləcə də Salyan, Neftçala, Hacıqabul, Qobustan və Xızı rayonlarında cənub-qərb küləyi əsəcək.

Küləyin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi gözlənilir.


MANŞET XƏBƏRLƏRİ