ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin respublikaçıların ara seçkilərdəki məğlubiyyətini İranla mümkün müharibə ilə əlaqələndirməsinə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Tramp sosial şəbəkədəki paylaşımında Vensin diqqətini daxili siyasət məsələlərinə yönəltməli olduğunu vurğulayıb.
ABŞ prezidenti vitse-prezidentdən diqqətini Demokratların idarə etdiyi şəhərlərdə müşahidə olunan cinayətkarlıq və korrupsiya hallarına yönəltməsini istəyib.
Tramp hesab edir ki, bu istiqamətdə atılacaq addımlar İranla mümkün razılaşmadan daha çox iqtisadi qənaətə səbəb ola bilər.
“Büdcəmiz genişmiqyaslı cinayətkar fəaliyyətin aradan qaldırılması hesabına qısa müddətdə tarazlaşdırıla bilər. Korrupsiya Demokratların rəhbərliyinin qanındadır!” – deyə Tramp yazıb.
Aytən Yaşar/Turkustan.az