Xamenei İran ordusuna dünyada istənilən yeri vurmaq səlahiyyəti verdi


İranın ali rəhbəri Müctəba Xamenei ölkənin silahlı qüvvələrinə zərurət yaranacağı təqdirdə coğrafi məhdudiyyət olmadan əməliyyatlar keçirmək hüququ verib.

Turkustan.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının baş müşaviri Məhəmmədrza Nəqdi bildirib.

Onun sözlərinə görə, müvafiq sərəncam İran hərbçilərinə mümkün düşmən hərəkətlərinə cavab vermək üçün tam fəaliyyət azadlığı yaradır.

“Düşmən ən kiçik bir səhvə yol verərsə, silahlı qüvvələrimiz zəruri hesab etdikləri dünyanın istənilən nöqtəsində adekvat cavab verə biləcəklər”, – deyə Nəqdi vurğulayıb./modern.az


MANŞET XƏBƏRLƏRİ