Ev dustaqlığında olan Samvel Karapetyan yenidən tutuldu - Video


Erməni iş adamı Samvel Karapetyan ev dustaqlığında olmasına baxmayaraq, yenidən saxlanılıb. Ehtimal olunur ki, onun barəsində yeni cinayət işi açılıb.

Turkustan.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi Samvel Karapetyanın və onun qardaşı oğlu Narek Karapetyanın evləri də daxil olmaqla, ümumilikdə 65 ünvanda axtarış aparıldığını təsdiqləyib. İstintaq iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı cinayət işi çərçivəsində həyata keçirilir.

İstintaqın məlumatına görə, Samvel Karapetyanın təşkilatçılığı ilə bir qrup şəxs 2016–2024-cü illər ərzində dörd epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda etibar edilmiş əmlakın mənimsənilməsi və xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması əməllərini törədib.

Bundan başqa, əvvəlcədən yaranmış niyyət əsasında mənimsəmə həyata keçirilib. Həmçinin 2024–2025-ci illərdə “ESA” QSC-dən qanunsuz yollarla ümumilikdə 23 milyard 158 milyon 169 min 29 Ermənistan dramı məbləğində kredit vəsaiti çıxarılaraq şirkətin səhmdarları olan “Liormand Holdings Limited” və “Tashir Capital” şirkətlərinə dividend kimi verilib.

Nəticədə “ESA” QSC-yə xüsusilə külli miqdarda ziyan vurulub. Ziyanın məbləği 36 milyard 981 milyon 660 min dram, 23 milyard 158 milyon 169 min 29 dram və 4 milyard 445 milyon 950 min 995 dram təşkil edib. Ümumi zərər 64 milyard 585 milyon 780 min 24 dram olaraq qiymətləndirilib.



/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ