İsrail müxalifətinin liderləri ABŞ-da keçirilən ara seçkilərin qeyri-rəsmi nəticələrinin Demokratların qələbəsini göstərməsindən sonra Baş nazir Benyamin Netanyahunun vəzifəsində qala bilməyəcəyini bildiriblər.
Turkustan.az xəbər verir ki, müxalifət nümayəndələri ABŞ-da İsrailə dəstək məsələsini seçkilərin nəticələri kontekstində qiymətləndirərək, bu dəstəyin məğlubiyyət səbəblərindən birinə çevrildiyini qeyd ediblər.
İsrail müxalifətinin keçmiş lideri, Baş nazir Yair Lapid X sosial şəbəkəsindəki paylaşımında ara seçkilərin nəticələrindən sonra Netanyahu ilə birlik hökuməti qurmaq ehtimalının tamamilə aradan qalxdığını bildirib.
Lapid vurğulayıb ki, İsrail Netanyahunun baş nazir vəzifəsində qalmasına imkan verə bilməz. Onun sözlərinə görə, bu, ölkənin təhlükəsizliyini və demokratiyasını təhlükə altına atır, həmçinin İsrailin beynəlxalq mövqeyinə ciddi zərbə vurur.
Demokrat Partiyasının lideri Yair Golan da X hesabında paylaşım edərək ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin Netanyahunun həm Demokratlar, həm də Respublikaçılar üçün nə qədər arzuolunmaz fiqura çevrildiyini göstərdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az