Zelenski Melaniya Trampı "Şahzadə Olqa" ordeni ilə təltif etdi


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampı Ukraynaya humanitar dəstək sahəsindəki töhfələrinə görə 1-ci dərəcəli Şahzadə Olqa ordeni ilə təltif edib.

Turkustan.az xəbər verir ki, bununla bağlı 1079/2026 nömrəli fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Fərmanda Melaniya Trampın Ukraynaya humanitar dəstək sahəsindəki şəxsi töhfəsi, eləcə də Rusiya təcavüzündən zərər çəkmiş, qanunsuz deportasiya edilmiş və müvəqqəti işğal olunmuş ərazilərdən zorla köçürülmüş ukraynalı uşaqların və vətəndaşların xilas edilməsinə yönəlmiş insan hüquqları və xeyriyyəçilik fəaliyyəti qeyd edilib.

Bundan əlavə, ABŞ-ın birinci xanımının xüsusi baş müşaviri Mark Bekman Ukrayna Prezidentinin “Qızıl ürək” mükafatına layiq görülüb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ