Xəbər verildiyi kimi, demokrat namizəd və misirli mühacirlərin oğlu olan Əbdül Əl-Sayed Miçiqan seçkilərində qalib gələrək ABŞ Senatına seçilmiş ilk müsəlman amerikalı olub.
Turkustan.az-ın “Associated Press”-ə istinadən məlumatına görə, səslərin 85%-i sayılıb və 42 yaşlı Əl-Sayed səslərin 51,9%-ni qazanaraq respublikaçı namizəd və keçmiş konqresmen Mayk Rocers-i məğlub edib.
ABŞ Konqresinə seçilən ilk müəlman senator Azərbaycana qarşı mövqeyi ilə də tanınır. Belə ki, 42 yaşlı Əl-Sayed Azərbaycana qarşı kəskin tənqidi və əleyhdar mövqeyi ilə seçilir.
Belə ki, o, daim ermənipərəst mövqe tutub. Abdul Əl-Sayed seçki kampaniyası dövründə separatçı ermənilərin “təhlükəsizliyini və "özünümüqəddəratını təyinetmə" hüququnu müdafiə edən bəyanatlarla çıxış edib. O, ABŞ-dəki ən böyük erməni lobbi təşkilatı olan Amerikanın Erməni Milli Komitəsinin (ANCA) rəsmi dəstəyini qazanmış şəxs kimi tanınıb.
Əl-Sayed ABŞ-nin xarici ölkələrə, xüsusilə də Azərbaycana göstərdiyi hərbi yardımları kəskin tənqidi mövqe sərgiləyib və bu yardımlaırn kəsilməsi tərəfdarı olub.
Məlumat üçün bildirək ki, Əl-Sayed Misirin İsgəndəriyyə şəhərindən köçmüş valideynlərinin ailəsində Detroyt ətrafında doğulub boya-başa çatıb. Əl-Sayed Senata namizədliyini irəli sürməzdən əvvəl Miçiqandakı bir neçə ictimai səhiyyə müəssisəsində çalışıb.
Respublikçı senator Tommi Tubervil Əl-Sayedi "terrorçu", digər respublikaçı liderlər isə onu "radikal islamçı" və "cihadçı rəğbət bəsləyən şəxs" adlandırıblar. Oktyabrın sonlarında Prezident Donald Tramp Əl-Sayedi "cihadçı" adlandırdı. Əl-Sayed jurnalist Roland Martinə "Mən aliməm, sosialist deyiləm" deyərək heç bir konkret ideologiyaya tabe olmadığını bildirib.
Miçiqan Kaliforniyadan sonra ABŞ-də ikinci ən böyük ərəb-amerikalı əhalinin yaşadığı yerdir. Ərəb-Amerika İnstitutunun hesablamalarına görə, icmanın sayı 392.000-dən çoxdur. “Emgage” vətəndaş təşkilatının məlumatına görə, Miçiqan 2020-ci ildə 206.000-dən çox müsəlman amerikalı seçiciyə ev sahibliyi edib.
Yerli media ştatda təxminən 7,4 milyon qeydiyyatdan keçmiş seçicinin olduğunu bildirir, bu da müsəlman amerikalıların seçicilərin təxminən 3%-ni təşkil edə biləcəyi deməkdir. İranla müharibənin əleyhdarı olan Əl-Sayed savaşa dərhal son qoymağa və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün diplomatiyaya qayıtmağa çağırıb.
O, məsələnin həlli üçün 2015-ci ildə İranla bağlanmış nüvə sazişini model kimi göstərib və hərbi müdaxilənin nə təsirli, nə də haqlı olduğunu iddia edir. Sentyabr ayında İran əsilli amerikalı tələbə İranda hökumət əleyhinə etirazçılarla birlikdə durub İslam Respublikasını pisləməyi xahiş etdikdə, Əl-Sayed "demokratik hərəkatları" dəstəklədiyini, lakin xaricdə "rejim dəyişikliyinə" qarşı olduğunu deyib.
Əlavə edib ki, rəhbərliyinin necə olmasına İran xalqı cavab verməlidir. Əl-Sayed oktyabr ayında "Əl-Cəzirə Arabic"ə verdiyi açıqlamada Əsəd rejimi dövründə ölkəyə qarşı tətbiq edilən və Tramp administrasiyasının ötən il ləğv etdiyi sanksiyaların aradan qaldırılmasını dəstəklədiyini bildirib. /Cebheinfo.az/