Demokratlar ABŞ Senatı və Nümayəndələr Palatasına nəzarəti ələ keçirdi


ABŞ-da keçirilən aralıq Konqres seçkilərində Demokratlar Partiyası Senatda ən azı 52 yer qazanmağa yaxındır.

Turkustan.az xəbər verir ki, noyabrın 4-ü səhər saatlarına olan nəticələr Demokratların Senatda təxminən 52 yerə sahib olacağını göstərir. Bu, seçkilərdən əvvəlki göstərici ilə müqayisədə altı yer çoxdur. Senatda çoxluğu təmin etmək üçün 51 səs tələb olunur.

Demokrat namizədlər Respublikaçılardan bir sıra ştatlarda, o cümlədən Cənubi Karolina, Texas, Kanzas, Ayova, Ohayo və Men ştatlarında yerlər qazanırlar.

Demokratlar Nümayəndələr Palatasında da üstünlük əldə edirlər. Müxtəlif hesablamalara görə, partiyanın 435 yerdən 235-255-ni qazanacağı gözlənilir. Palatada çoxluq üçün 218 yer tələb olunur.

Noyabrın 3-də amerikalılar Nümayəndələr Palatasının bütün 435 üzvünü, Senatın təxminən üçdə birini təşkil edən 35 senatoru, eləcə də boş qalan yerlər üçün daha iki senatoru seçiblər. Hazırda səslərin hesablanması davam edir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ