Ukraynadan Trampın Zelenski ilə bağlı açıqlamasına cavab


Vladimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı millətimizə rəhbərlik edir. Zelenski Ukrayna xalqının dəstəyinə malikdir və onların qərar vermək hüququ var.

Turkustan.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidenti Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə açıqlamasını şərh edərkən deyib.

O qeyd edib ki, xaricdən səslənən bəyanatlar isə yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir./axar.az


MANŞET XƏBƏRLƏRİ