ABŞ-ın Tennessi ştatında edam cəzasının icrası zamanı iki doza ölümcül dərman qəbul edən məhbus Krista Payk sağ qalıb.
Turkustan.az xəbər verir ki, 50 yaşlı Paykın vəkilləri edam zamanı nəyin səhv getdiyini müəyyənləşdirmək üçün məhkəmədən daha ətraflı məlumat tələb etməyə hazırlaşırlar.
Payka sentyabrın 30-da ölümcül iynə vasitəsilə iki doza pentobarbital vurulub. Lakin dərmanın tətbiqinə baxmayaraq, məhbus ölməyib və sonradan özünə gəlib.
Payk 1995-ci ildə sinif yoldaşı Kollin Slemmeri döyərək bıçaqladığı üçün ölüm cəzasına məhkum edilib. Onun Tennessi ştatında 200 ildən çox müddətdə edam cəzasının icrası zamanı sağ qalan ilk qadın məhbus olduğu bildirilir.
Paykın vəkilləri edam proseduru zamanı baş verənləri araşdırmaq və hadisənin səbəblərini müəyyənləşdirmək üçün əlavə məlumat əldə etməyə çalışacaqlar.
AYtən Yaşar/ Turkustan.az