5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan bir qrup təhsil işçisi təltif edilib.
Turkustan.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir sıra təhsil işçiləri mükafatlandırılıb.
Təltif olunanlar arasında Cəbrayıl rayonu Çərəkən kənd Vahid İsmayılov adına tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tumasov Köçəri Tumas oğlu da yer alıb.
Köçəri Tumasov təhsilin inkişafına və gənc nəslin təlim-tərbiyəsinə verdiyi töhfələrə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Qeyd edək ki, Köçəri Tumasov uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur. Onun yetirmələri Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar.