Prezidentin VIII Qurultaydakı çıxışı Azərbaycanın milli təhlükəsizlik, ideologiya və inkişaf strategiyasının başlıca konturlarını müəyyənləşdirir

Oktyabrın 6-da Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” mövzusunda dəyirmi masa keçirilib.

Turkustan.az xəbər verir ki, dəyirmi masanı giriş sözü ilə DİA-nın rektoru Urxan Ələkbərov açıb. Daha sonra DİA rektorunun müşaviri, Bakı Politoloqlar Klubunun sədri, dosent Zaur Məmmədovun moderatorluğu ilə tədbirin müzakirə hissəsi başlayıb.

Müzakirələr zamanı Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışında səsləndirilən əsas mesajlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Prezidentin çıxışında Azərbaycanın daxili və xarici siyasətinin prioritet istiqamətləri, ölkənin qarşısında duran strateji hədəflər, regional proseslər, milli təhlükəsizlik məsələləri və dövlət idarəçiliyinin inkişafı ilə bağlı irəli sürülən tezislər müzakirə olunub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı Azərbaycanın yeni mərhələdə milli təhlükəsizlik, ideologiya və inkişaf strategiyasının başlıca konturlarını müəyyənləşdirir. Çıxışda səsləndirilən tezislərin bütövlükdə cəmiyyət və dövlət, ayrı-ayrı strukturlar və qurumlar, eləcə də siyasi və sosial qruplar üçün mühüm yol xəritəsi olduğu vurğulanıb. Bildirilib ki, hər kəs öz fəaliyyətində bu tezisləri əsas meyarlardan biri kimi götürməli, qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsinə öz fəaliyyəti çərçivəsində töhfə verməlidir.

Müzakirələrdə, həmçinin Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra ölkənin qarşısında duran yeni vəzifələrə diqqət çəkilib. Yeni tarixi mərhələdə dövlətin gücləndirilməsi, milli maraqların qorunması, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davamlılığının təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsinin əsas prioritetlər sırasında olduğu bildirilib.

Dəyirmi masa iştirakçıları Prezident İlham Əliyevin çıxışında irəli sürülən məsələlərin yalnız cari siyasi proseslərin deyil, Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərinin təhlili baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, dəyişən regional və beynəlxalq şəraitdə milli maraqlara əsaslanan ardıcıl siyasətin davam etdirilməsi, dövlət və cəmiyyət qarşısında duran yeni çağırışların düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Prezidentin VIII Qurultaydakı çıxışı Azərbaycanın milli təhlükəsizlik, ideologiya və inkişaf strategiyasının başlıca konturlarını müəyyənləşdirir Prezidentin VIII Qurultaydakı çıxışı Azərbaycanın milli təhlükəsizlik, ideologiya və inkişaf strategiyasının başlıca konturlarını müəyyənləşdirir

MANŞET XƏBƏRLƏRİ