Litvanın Baş naziri Mindauqas Sinkeviçius ABŞ-ın ölkədə daimi hərbi baza yaratması təklifini dəstəkləyib.
Turkustan.az xəbər verir ki, Sinkeviçius ABŞ Prezidenti Donald Trampın Litvada “daimi hərbi baza” yaradılması imkanını nəzərdən keçirəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Baş nazir sosial media hesabında Trampın çıxışını paylaşaraq bunun çəkindirmə və təhlükəsizlik zəmanətləri baxımından mühüm addım olacağını qeyd edib.
Sinkeviçius bildirib ki, indiyədək ABŞ qoşunları Litvada əsasən məhdud müddətə yerləşdirilib və onların mövcudluğu rotasiya prinsipi ilə uzadılıb. O, ABŞ-ın xüsusi nümayəndəsi Con Koalla görüşü zamanı Vaşinqtonun Litvada daimi hərbi baza yarada biləcəyini təklif etdiyini vurğulayıb.
“Bu ideyanın ciddi qəbul edilməsindən məmnunam. Müttəfiqlərimizin təhlükəsizliyimizə verdiyi töhfəni yüksək qiymətləndiririk”, – deyə baş nazir bildirib.
Sinkeviçius əlavə edib ki, ABŞ-ın daimi qoşun yerləşdirilməsi ilə bağlı siyasi qərar qəbul etməsi kifayətdir və Litva bununla bağlı bütün xərcləri ödəməyə hazırdır.
Aytən Yaşar/ Turkustan.az