Peskov Trampın Rusiyaya yardım təklifinə cavab verdi


Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiyanın İrkutsk vilayətində qeydə alınan səbəbi bilinməyən pnevmoniya halları ilə bağlı yardım göstərməyə hazır olduqlarına dair açıqlamasına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov Trampın təklifini şərh edərək deyib: “Qarşılıqlı yardım təklif etmək həmişə yaxşıdır”.

İrkutsk vilayətindəki epidemioloji vəziyyətlə bağlı suala cavab verən Kremlin sözçüsü bildirib ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti (Rospotrebnadzor) məsələ ilə bağlı ətraflı məlumat yayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ