Ukraynanın Rusiyanın neft emalı zavodlarına dron hücumlarını artırması Moskvanın cavab tədbirlərini genişləndirməsinə səbəb olub.
Turkustan.az xəbər verir ki, Rusiya Ukraynanın dron hücumlarına qarşı hava hücumundan müdafiə və elektron müharibə sistemlərindən istifadə etməklə yanaşı, Kiyevdəki körpüləri və mühüm enerji infrastrukturunu da hədəfə almağa başlayıb.
Məlumata görə, Rusiya Ukraynadan gələn yüzlərlə dronun hücumlarının qarşısını almaq üçün çoxqatlı müdafiə sistemindən istifadə edir. Bu sistem “hörümçək toru”na bənzər müdafiə şəbəkəsi kimi təsvir edilir.
Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının intensivləşməsi Moskvanın əvvəlki mərhələlərdə zərbə endirməkdən çəkindiyi hədəflərə qarşı əməliyyatları genişləndirməsinə gətirib çıxarıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın neft emalı zavodlarına hücumları artırmaq təhdidinə cavab olaraq hərbi-sənaye obyektlərinə zərbələrin intensivləşdirildiyini açıqlayıb.
Nazirlik Kiyev administrasiyasını siyasi məqsədlərə yönəlmiş hücumlar təşkil etməkdə ittiham edib və Rusiyanın cavab tədbirlərinə görə Ukrayna rəhbərliyinin “tam şəxsi və siyasi məsuliyyət” daşıyacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az