2026-cı il Fizika üzrə Nobel mükafatına Fransis Halzen layiq görülüb.
Turkustan.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyası mükafatı Halzenə Antarktidadakı IceCube Neytrino Rəsədxanasının inkişafına verdiyi töhfələrə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfindəki roluna görə təqdim edib.
ABŞ-ın Amundsen-Skott Cənub Qütb Stansiyası yaxınlığında yerləşən IceCube Neytrino Rəsədxanası kainatdan gələn yüksək enerjili neytrinoların tədqiqi ilə məşğuldur.
Elektrik yükü olmayan və maddə ilə çox zəif qarşılıqlı təsir göstərən neytrinoların öyrənilməsi kainatdakı astrofiziki proseslərin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Fransis Halzen bu sahədəki elmi fəaliyyəti və rəsədxananın inkişafındakı mühüm rolu ilə tanınır.
Aytən Yaşar/ Turkustan.az