İsrail ordusuna Qəzzada hazırlıqları artırmaq əmri verildi


İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində müdafiə naziri Yisrael Katz ordunun Qəzzada bütün mümkün ssenarilərə hazırlığını artırmağı tapşırıb.

Turkustan.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, Katz HƏMAS-ın Qəzzada İsrail əsgərlərinə qarşı hücum hazırladığı barədə kəşfiyyat məlumatı aldıqlarını iddia edib.

Katz ordudan ən pis ssenarilərə hazır olmağı tələb edib. O, mümkün hücum halında Qəzza əhalisinin “qeyri-mütənasib qiymət ödəyəcəyini” bildirib.

İsraildə seçkilər yaxınlaşdıqca yerli media Təl-Əviv hökumətinin Qəzza və Livana qarşı hərbi əməliyyatları genişləndirə, həmçinin İrana qarşı yeni hücumlara başlaya biləcəyini yazır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ