“ABŞ və Fransada yaşayan erməni diasporunun nümayəndələrinin “vətənpərvərlik”dən danışmaları iyrənc görünür”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
“ABŞ və Fransada yaşayan, çoxdan reallıqdan qopmuş, saxta vətənpərvərlərin - təhrif olunmuş erməni soyadları daşıyan insanların 3000 kilometr uzaqdan “3000 il əvvəlki xəritələri” paylaşaraq “vətənpərvərlik”dən danışmaları iyrənc görünür. Danışmaq yaxşıdır, qoy danışsınlar, amma təhqir edir və cəfəngiyyatlar danışırlar. Sizin nə buna haqqınız var, nə məlumatınız, nə də mənəvi haqqınız.
Gəlin Ermənistanda yaşayın, vergi ödəyin, uşaqlarınız “McDonald’s”a getmək əvəzinə gedib sərhəddə dayansınlar, “Ararat”ın (Ağrı dağının) şəklini görmək əvəzinə gerçəyini görsünlər, Araqatsa qalxıb xaş yesinlər. Əgər nəsə etmək istəyirlərsə, qoy yüksək maaşlı işlərini, bonuslarını və mükafatlarını buraxıb bura gəlsinlər və burada işləsinlər.
Bunu etmədiyiniz müddətdə ölkəmizdən, ölkəmizin siyasətindən uzaq durun. Dilinizi də qısa saxlayın: siz Ermənistandan uzaqda qalmağı seçmisiniz, elə isə bizdən də uzaq durun”, - o vurğulayıb./Teleqraf