Tramp Putinlə danışacaq: Rusiyadakı epidemiya gündəmdə


ABŞ Prezidenti Donald Tramp Rusiyada yayılan epidemiya ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə yaxın zamanda telefon danışığı keçirəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Baltimorda keçirilən tədbirdən sonra Ağ Evə qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Rusiyada baş verən epidemiya ilə bağlı Putinlə danışıb-danışmadığı soruşulan Tramp “Planlaşdırılmış telefon danışığımız var. Çox tezliklə danışacağıq” deyə cavab verib.

ABŞ kəşfiyyat orqanlarının Rusiyadakı epidemiya ilə bağlı hazırladığı qiymətləndirməyə münasibət bildirən Tramp isə vəziyyəti yaxından izlədiklərini deyib.

“Yəqin ki, sabah bu barədə hesabat dərc edəcəyik”, – deyə, ABŞ Prezidenti bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ