İrandan XƏBƏRDARLIQ: Yüksək hazırlıq vəziyyətindəyik!


İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ və İsrailə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Əzizi sosial media hesabında İran silahlı qüvvələrinin əvvəlkindən daha hazırlıqlı olduğunu bildirib.

“Silahlı qüvvələrimiz əvvəlkindən daha hazırlıqlıdır, barmaqlarımız tətiyə bağlıdır və ABŞ və ya sionist rejimin hər hansı bir səhv hesablamasını gözləyirik. Onların qarşılaşacaqları cavab əvvəllər gördüklərindən daha şiddətli və dağıdıcı olacaq”, – deyə, Əzizi qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ