Oktyabrda Moskvada Rusiya Energetika Həftəsi Beynəlxalq Forumu çərçivəsində “3+3” regional əməkdaşlıq platformasının enerji əməkdaşlığı məsələləri üzrə ilk görüşünün keçirilməsi planlaşdırılır.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kalugin bildirib.
Kalugin platformaya daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının keçiriləcəyi yeri Azərbaycan və Ermənistanın müəyyənləşdirməli olduğunu deyib:
“3+3” platformasına daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının harada keçiriləcəyinə indi Bakı və İrəvan qərar verməlidir. Tərəfdaşlara lazımi dəstəyi göstərməyə hazırıq”./axar.az