Hörmüz boğazında neft tankerinin naməlum sursatla hədəfə alındığı bildirilir.
Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) tankerin Hörmüz boğazında hücuma məruz qaldığını açıqlayıb.
Məlumata görə, tanker boğazın çıxışına doğru hərəkət edir. Hadisənin hansı tərəf tərəfindən törədildiyi hələlik məlum deyil.
Bəyanatda qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır. Ərazidə hərəkət edən gəmilərə ehtiyatlı olmaları və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilib.
Aytən Yaşar/ Turkustan.az