Quterreşdən Qəzza ilə bağlı çağırış: “Daimi atəşkəsin vaxtıdır”


BMT-nin Baş katibi Antonio Quterreş Fələstinli mülki şəxslərin 2023-cü ilin oktyabrından bəri dözülməz şəraitdə yaşamağa davam etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Quterreş İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların üçüncü ilinə qədəm qoyması ilə bağlı yazılı açıqlama yayıb.

BMT rəhbəri 2023-cü ilin oktyabrında baş verən hücumların heç vaxt təkrarlanmamalı olduğunu vurğulayıb. O qeyd edib ki, bundan sonra davam edən dağıdıcı münaqişə Qəzzadakı fələstinlilərə kütləvi insan itkisi, məcburi köçkünlük və genişmiqyaslı dağıntılarla nəticələnən ağır iztirablar yaşadıb.

Quterreş bildirib ki, ötən il əldə olunan atəşkəs müəyyən rahatlıq gətirsə də, Qəzzada təhlükəsizlik, kifayət qədər humanitar yardım, bərpa və davamlı sülhə aparan etibarlı yol hələ təmin olunmayıb.

BMT-nin Baş katibi Qəzzada atəşkəsin daimi xarakter almasının və genişmiqyaslı humanitar yardıma imkan yaradılmasının vaxtının çatdığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ