İtaliyanın Baş naziri Giorgia Meloni süni intellekt vasitəsilə yaradılan saxta və klonlaşdırılmış məzmunlardan qorunmaq üçün səsinin icazəsiz istifadəsinə qarşı hüquqi tədbir görüb.
Turkustan.az xəbər verir ki, Meloni səsinin qorunması və icazəsiz istifadəsinin qarşısının alınması məqsədilə Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinə müraciət edib.
Aİ qurumunun bazar ertəsi açıqladığı qeydlərə görə, müraciətə Meloninin italyan dilində “Io sono Giorgia Meloni” (“Mən Giorgia Meloniyəm”) ifadəsini səsləndirdiyi 4 saniyəlik audio yazı da əlavə olunub.
İlk dəfə İtaliyanın “La Repubblica” qəzetində yayımlanan müraciəti bir italyan rəsmisi də təsdiqləyib. Rəsmi ictimaiyyətə açıqlama vermək səlahiyyətinin olmadığını bildirərək anonim qalmaq şərtilə danışıb.
Aytən Yaşar/ Turkustan.az