Yunanıstan ABŞ-dan 20 ədəd F-35 qırıcısında istifadə edilə biləcək raketlər almağı planlaşdırır. Raketlərin tədarükünə 2028-ci ildə başlanılması gözlənilir.
Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubionun səfəri çərçivəsində bu gün Afinada keçiriləcək 6-cı ABŞ-Yunanıstan Strateji Dialoqunda iki ölkə arasında təxminən 1 milyard avro dəyərində silah anlaşmalarının müzakirə ediləcəyi gözlənilir.
Danışıqların əsas mövzusunun 2029-cu ildən etibarən Yunanıstana çatdırılması planlaşdırılan 20 F-35 qırıcısının hansı silahlarla təchiz ediləcəyi olacağı bildirilir.
Qeyd edək ki, Afina daha əvvəl Türkiyənin ABŞ-dan F-35 qırıcıları almasının qarşısını almağa çalışıb.
Aytən Yaşar/ Turkustan.az