“Parlamentin qəbul edəcəyi qərar çərçivəsində yenilənəcək seçkilərin 2028-ci il ərzində keçirilməsi sabitliyə xələl gətirməyəcək, sistemin ruhuna uyğun şəkildə həyata keçirilmiş olacaq”.
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Türkiyənin əldə etdiyi yüksəliş tempinin dayanmaması Prezident Rəcəb Tayyib Ərdoğanın bir daha namizəd olması və üçüncü dəfə prezident seçilməsi ilə mümkün olacaq. “Cümhur İttifaqı”nın prezidentliyə namizədinin yenidən Rəcəb Tayyib Ərdoğan olmasını arzu və tələb edirik. Ərdoğanın yenidən namizəd olması üçün parlamentdə seçkilərin yenilənməsi barədə qərar qəbul edilməlidir.
Prezident Rəcəb Tayyib Ərdoğan bir daha namizəd olmalıdır. Ərdoğanın üçüncü dəfə namizədliyi zəruridir”, - MHP lideri vurğulayıb./teleqraf