Nyu-Yorkda təcili vəziyyət: Epidemiya nəzarətdən çıxdı


Nyu-York qubernatoru Keti Hoşul ştatda qızılca xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Turkustan.az xəbər verir ki, yeni fərmana əsasən, oktyabrın 3-dək ştat üzrə ümumilikdə 108 qızılca halı qeydə alınıb. Onlardan 7-si Nyu-York şəhərində, 101-i isə ştatın digər bölgələrində aşkarlanıb.

Bazar ertəsi qüvvəyə minən və noyabrın 4-dək davam edəcək fövqəladə rejim çərçivəsində qeydiyyatdan keçmiş tibb bacılarına şübhəli qızılca halları ilə bağlı testlər tələb etmək səlahiyyəti verilib.

Bundan əlavə, əczaçılar 2 yaşdan yuxarı uşaqlara qızılca peyvəndi vura biləcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ