ABŞ prezidenti Donald Tramp İranla müharibənin uzun müddət davam edə biləcəyini bildirib və İranın ABŞ ərazisində mümkün hücumlarından danışıb.
Turkustan.az xəbər verir ki, Nebraska ştatının Qrand Aylend şəhərində keçirilən seçki kampaniyası mitinqində çıxış edən Tramp müharibə ilə əlaqədar qiymət artımlarını “süni fenomen” adlandırıb.
“Qiymətlər bir qədər yüksəkdir. Amma bu, dünyanı və ölkəmizi təhlükəsiz saxlamaq üçün ödəniləcək kiçik bir qiymətdir”, - deyə Tramp bildirib.
ABŞ prezidenti daha sonra İranın Kaliforniyanın iki ən böyük şəhərinə hücum etməsi ehtimalına toxunaraq, belə bir vəziyyətin baş verməsinə icazə verilməməli olduğunu vurğulayıb. Tramp həmçinin İranla qarşıdurmanın uzun müddət davam edə biləcəyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az